...

YAP-ın yaranmasının 20-ci ildönümü münasibətilə ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub

Siyasət Materials 20 Noyabr 2012 12:33 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20-ci ildönümü münasibətilə partiyanın İcra katibliyi, İdarə Heyətinin, Siyasi Şuranın üzvləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.
YAP-ın yaranmasının 20-ci ildönümü münasibətilə ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20-ci ildönümü münasibətilə partiyanın İcra katibliyi, İdarə Heyətinin, Siyasi Şuranın üzvləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Trend-in məlumatına görə, YAP üzvləri ulu öndərin məzarı önünə əklil qoyublar.

Daha sonra ziyarətçilər akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər, xatirəsini anıblar.

Mərasimdə, həmçinin millət vəkilləri, ictimaiyyət nümayəndələri və YAP-ın gənc üzvləri iştirak ediblər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının əsası 1992-ci ildə Heydər Əliyev tərəfindən qoyulub. 2003-cü ildən bəri partiyanın sədri İlham Əliyevdir. Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyev 2003-cü və 2008-ci illərdə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində qalib olub. 2010-cu il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə partiya 125 mandatdan 72-sinə sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti