...

İran Suriya üzrə daha bir görüşun keçirilməsinə təşəbbüs göstərir

Siyasət Materials 28 Noyabr 2012 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

İran bu yaxınlarda Suriya üzrə "Milli dialoq" yığıncağına bənzər daha bir görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edir. Trend-in çərşənbə günü IRIB-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, görüşdə iştirak edəcək qruplar, birgə dialoqun vaxtı və keçirilmə yeri haqqında daha ətraflı məlumat yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, noyabrın 19-da Tehranda başlayan Suriya üzrə ikigünlük "Milli dialoq"da Suriyanın 40 fəal siyasi partiyası və ümumilikdə bu ölkənin 130 siyasətçisi iştirak etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti