...

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavinləri təyin edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 Noyabr 2012 19:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Novruz Məmmədovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavinləri təyin edilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Novruz Məmmədovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilsin.

Prezidentin digər sərəncamı ilə Zeynal Səfər oğlu Nağdəliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

İlham Əliyev, həmçinin Əli Hidayət oğlu Əsədovu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edib.

Dövlət başçısının digər sərəncamı ilə Vahid Əli oğlu Əliyev də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti