...

İlham Əliyev Tailand Kralını təbrik edib

Siyasət Materials 4 Dekabr 2012 18:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Tailand Kralı Bhumibol Adulyadejə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Tailand Kralını təbrik edib

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Tailand Kralı Bhumibol Adulyadejə təbrik məktubu ünvanlayıb.

"Tailand Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tailand arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına sülh və firavanlıq diləyirəm", - təbrikdə deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti