...

GUAM BMT-nin münaqişələrin qarşısının alınması üzrə qətmanə layihəsini razılaşdırıb

Siyasət Materials 7 Dekabr 2012 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Bu gün Dublində GUAM-a üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilib. Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın xarici işlər nazirləri dekabrın 6-7-də İrlandiyanın paytaxtında keçirilən ATƏT XİNŞ iclası çərçivəsində müzakirələr aparıblar.

Forumun işində GUAM-ın baş katibi Valeri Çeşelaşvili də iştirak edib.

GUAM XİNŞ qarşılıqlı siyasi fəaliyyət, bir sıra sahələr üzrə əməkdaşlıq, tərəfdaş ölkələrlə və başqa beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinə baxıb. Bu barədə Trend-ə qurumun mətbuat xidmətindən məlumat verilib.

XİNŞ GUAM-ın əsas tərəfdaşlarının nümayəndə heyətləri ilə məsləhətləşmələrin keçirilməsi üçün BMT-nin "GUAM ərazisində həlli yubanmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" qətnamə layihəsini razılaşdırıb.

Şura BMT-nin "BMT ilə GUAM arasında əməkdaşlıq" qətnamə layihəsinin təşkilatın Baş Assambleyasının cari sessiyasında keçməsinin gedişini müzakirə edib.

XİNŞ GUAM PA sədrinin qurumun növbəti iclasının 19-20 dekabr 2012-ci ildə Bakıda keçirilməsi qərarını alqışlayıb.

Şura bir sıra sahələr üzrə, o cümlədən nəqliyyat, turizm, iqtisadiyyat və ticarət, mədəniyyət, elm və təhsil, həmçinin energetika sahəsində əməkdaşlığın inkişafı məsələlərinə baxıb.

XİNŞ mədəniyyət üzrə işçi qrupunun yenidən formalaşdırılması haqqında, elm, təhsil və turizm üzrə işçi qruplarının, həmçinin 2013-2014-cü illərdə əlaqələndirici ölkələrin sahələr üzrə işçi qrupları haqqında qərar qəbul edib.

XİNŞ GUAM-ın tərəfdaş ölkələrlə və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini müzakirə edib. Şura, habelə energetika, nəqliyyat infrastrukturu, turizm, kənd təsərrüfatı sahələrində layihələrin həyata keçirilməsi üçün Yaponiya tərəfinə minnətdarlığını və gələcəkdə fəal əməkdaşlığa ümidvar olduğunu ifadə edib.

Xarici İşlər Nazirləri Şurası GUAM-ın təşkilati fəaliyyətini də nəzərdən keçirib.

XİNŞ-in növbəti iclasının keçiriləcəyi yer və tarixi diplomatik kanallarla razılaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti