...

İlham Əliyev Sloveniya Prezidentini təbrik edib

Siyasət Materials 7 Dekabr 2012 18:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Respublikasının yeni seçilmiş Prezidenti Borut Pahora təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Respublikasının yeni seçilmiş Prezidenti Borut Pahora təbrik məktubu ünvanlayıb.

"Sloveniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Keçən il Sloveniyaya etdiyim rəsmi səfər zamanı Sizinlə keçirdiyim görüşü məmnuniyyətlə xatırlayıram.

Şübhə etmirəm ki, Azərbaycan ilə Sloveniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Borut Pahora möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti