...

ABŞ və İsrail İrana hücum etmək üçün çox zəifdirlər - briqada generalı

Siyasət Materials 10 Dekabr 2012 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

ABŞ və İsrail İrana hücum etmək üçün çox zəifdirlər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İran Silahlı Qüvvələri Birgə Qərargahının rəis müavini, briqada generalı Məsud Cəzairi "əl-Aləm" telekanalına bildirib.

Cəzairi qeyd edib ki, İsrailin İrana hücumu bu ölkənin özünün məhvinə bərabər olacaq. "Hücum ediləcəyi təqdirdə, İranın zəruri müdafiə imkanları mövcuddur", - briqada generalı ABŞ-a xəbərdarlıq verib.

Regionda hərbi reallıqlar barədə danışan Cəzairi əlavə edib ki, İsrail və ABŞ İrana hücum etmək üçün kifayət qədər güclü deyillər, halbuki Qərb KİV bunun əksini iddia edir.

O, həmçinin Yaxın Şərq və Fars körfəzində ABŞ-ın hərbi iştirakını tənqid edib. Generalın sözlərinə görə, beynəlxalq təşkilatlar digər ölkəyə aşkar hücum təhdidlərinə istənilən şəkildə reaksiya vermirlər.

"Bu ölkələr artıq açıq şəkildə bəyan ediblər ki, digər ölkəyə hücum etmək istəyirlər. Niyə beynəlxalq ictimaiyyət belə aqressiv davranışa qarşı susqunluq nümayiş etdirir", - Cəzairi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti