...

Azərbaycan sərhədlərin delimitasiyası istiqamətində danışıqların davam etdirilməsi üçün Gürcüstandan dəvət gözləyir

Siyasət Materials 11 Dekabr 2012 11:04 (UTC +04:00)
Azərbaycan Gürcüstanla sərhədlərin delimitasiyası istiqamətində danışıqların davam etdirilməsi üçün Gürcüstan tərəfindən rəsmi dəvət gözləyir.
Azərbaycan sərhədlərin delimitasiyası istiqamətində danışıqların davam etdirilməsi üçün Gürcüstandan dəvət gözləyir

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Gürcüstanla sərhədlərin delimitasiyası istiqamətində danışıqların davam etdirilməsi üçün Gürcüstan tərəfindən rəsmi dəvət gözləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası üçün ekspert səviyyəsində danışıqlar aparılıb. Hazırda Gürcüstan tərəfindən rəsmi dəvət gözlənilir ki, razılaşma əldə olunsun.

Məmmədov qeyd edib ki, Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiyası üçün mübahisəli vəziyyət yoxdur: "Sadəcə müstəqilliyin ilk illərində bəzi iddialar ortalığa çıxmışdı ki, bu da öz həllini tapıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti