...

ABŞ-ın aparıcı ictimai xadiminə Azərbaycanın “Dostluq Ordeni” təqdim edilib (FOTO)

Siyasət Materials 12 Dekabr 2012 09:50 (UTC +04:00)
Nyu Yorkda Amerika yəhudi icmasının nüfuzlu Amerika Yəhudi Komitəsinin icraçı direktoru Deyvid Harrisə "Dostluq Ordeni"nin təqdim edilməsi münasibətilə mərasim keçirilib.
ABŞ-ın aparıcı ictimai xadiminə Azərbaycanın “Dostluq Ordeni” təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Nyu Yorkda Amerika yəhudi icmasının nüfuzlu Amerika Yəhudi Komitəsinin icraçı direktoru Deyvid Harrisə "Dostluq Ordeni"nin təqdim edilməsi münasibətilə mərasim keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə komitə üzvləri və Amerika yəhudi icmasının fəalları ilə yanaşı, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri və ABŞ-dakı keçmiş səfiri Yaşar Əliyev, diplomatik korpusun nümayəndələri, Diaspola İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Amerika Yəhudi Komitəsinin böyükmiqyaslı konfransı çərçivəsində baş tutan təqdimetmə mərasimində açılış nitqi ilə çıxış edən Komitənin prezidenti Robert Elman Azərbaycanın ABŞ, xüsusilə də İsrail üçün strateji əhəmiyyətindən bəhs edərək, rəhbəri olduğu Komitənin dövlətlərarası əməkdaşlığın inkişafına töhvə vermsindən məmnun olduğunu bildirib.

O, Harrisin "Dostluq Ordeni" ilə təltif olunmasını Komitənin Azərbaycanla əməkdaşlığının ölkə rəhbərliyi tərəfindən ən yüksək formada qiymətləndirilməsinin bariz nümunəsi kimi xarakterizə edib.

Daha sonra söz alan səfir Süleymanov Azərbaycan və ABŞ, o cümlədən İsrail dövlətləri arasında mövcud müsbət əlaqələrin tarixən Azərbaycan və yəhudi xalqları arasında formalaşmış dost münasibətlərindən qaynaqlandığını bildirərək, dövlətimizin beynəlxlaq arenada tolerantlıq nümunəsi göstərilməsinin fəxredici faktor olduğunu deyib.

"Dostluq Ordeni" barədə məlumat verən diplomat D.Harrisin məhz Amerika və Azərbaycan xalqları arasındakı əlaqələrin inkişafındakı xidmətlərinə görə ölkə Prezidenti tərəfindən təltif edilməsinin xüsusi məna daşıdığını bildirib.

D.Harris "Dostluq Ordeni" ilə təltif edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünün çatdırılmasını xahiş edərək, icraçı direktor kimi dəfələrlə Azərbaycana etdiyi səfərlər çərçivəsində Prezident İlham Əliyevlə görüşlərindən müsbət təəssüratla ayrıldığını və Azərbaycan kimi dövlətin dostu qismində ordenə layiq görülməsindən məmnunluğunu bildirib.

Harris Azərbaycanın ABŞ-la münasibətlərində terrorçuluğa qarşı mübarizədə əməkdaşlığının, həssas coğrafi reallıqlar fonunda İsraillə əlaqələrinini möhkəmləndirilməsi istiqamətində atdığı addımların, tarixən ölkəmizdə məskunlaşmış yəhudilərə daim xoş münasibət göstərilməsinin xüsusi əhəmiyyət və diqqətə layiq olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti