Azərbaycan, Bakı, 12 dekabr /Trend/
Ümumilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu ABŞ-ın tanınmış "Meals on Wheels" xeyriyyə təşkilatına ianə bağışlayıb.
Konsulluqdan Trend-ə verilən məlumata görə, bu münasibətlə baş konsul Nəsimi Ağayev təşkilatın Los Anceles ofisini ziyarət edərək, təşkilatın rəhbərliyi ilə görüşüb və ianəni təqdim edib.
Görüş zamanı diplomat ulu öndərin Azərbaycan qarşısındakı böyük xidmətlərindən bəhs edərək, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.
"Meals on Wheels" minlərlə imkansız xəstə, kimsəsiz və əlil insanların gündəlik yemək təminatı ilə məşğul olan xeyriyyə təşkilatıdır.