Azərbaycan, Bakı, 12 dekabr /Trend/
Ukrayna Prezidenti Viktor Yanukoviçin Hindistana dövlət səfəri başa çatıb. Bu barədə Trend çərşənbə günü Ukrayna KİV-ə istinadən məlumat verir.
Yanukoviç Hindistandan Kiyevə deyil, Bakıya gələcək.
Məlumata görə, Ukrayna Prezidenti Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcək. Dövlət başçılarının enerji sahəsi üzrə danışıqlar aparacağı gözlənilir.