...

Azərbaycanda vergi azadolmaları hallarının müəyyən edilməsi qaydaları təsdiq edilib

Siyasət Materials 13 Dekabr 2012 20:34 (UTC +04:00)
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və 122.3-cü maddələrində nəzərdə tutulmuş vergi azadolmaları hallarının müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Azərbaycanda vergi azadolmaları hallarının müəyyən edilməsi qaydaları təsdiq edilib

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və 122.3-cü maddələrində nəzərdə tutulmuş vergi azadolmaları hallarının müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Vergilər Nazirliyinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qaydalar aktivlərin hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına verilməsi prosedurunu müəyyən edir. Aktivlərin əvəzsiz olaraq balansdan balansa verilməsi (alınması) təşəbbüsü həm hüquqi şəxs tərəfindən, həm də onun rezident törəmə müəssisələri tərəfindən irəli sürülə bilər.

Aktivlərin əvəzsiz olaraq balansdan balansa verilməsi (alınması) təşəbbüsü ilə çıxış edən rezident törəmə müəssisə təsisçi hüquqi şəxsə aktivlərin əvəzsiz olaraq balansdan balansa verilməsinin (alınmasının) zəruriliyini və məqsədəuyğunluğunu əsaslandıran məktubla müraciət etməlidir. Bu müraciətə 10 iş günü müddətində baxılaraq müvafiq qərar qəbul edilir.

Qaydalar, həmçinin bir hüquqi şəxsin balansından digərinin balansına aktivlərin verilməsi prosedurunu müəyyən edir.

Qayadalara əsasən, Vergi Məcəlləsinin 122.3-cü maddəsində nəzərdə tutulmuş mərkəzləşdirilmiş fond yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təsis edilərək fəaliyyət göstərən, idarəetmə yeri Azərbaycanda olan və 100% dövlətə məxsus rezident hüquqi şəxs tərəfindən yaradıla bilər. Hüquqi şəxs tərəfindən belə mərkəzləşdirilmiş fondun yaradılması səlahiyyəti onun Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş Nizamnaməsində təsbit olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti