...

Bakıda yeni rayon yaradılır

Siyasət Materials 14 Dekabr 2012 12:20 (UTC +04:00)
Bakıda yeni rayon yaradılacaq. Trend-in məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin cümə günü keçiriln iclasında "Bakı şəhər inzibati ərazi vahidinin tərkibinə dəyişiklik edilməsi" barədə qanun layihəsi müzakirə olunub.
Bakıda yeni rayon yaradılır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir M.Əliyev/

Bakıda yeni rayon yaradılacaq. Trend-in məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin cümə günü keçiriln iclasında "Bakı şəhər inzibati ərazi vahidinin tərkibinə dəyişiklik edilməsi" barədə qanun layihəsi müzakirə olunub.

Dəyişikliyə görə, Bakı ərazisində yeni Pirallahı rayonunun yaradılması nəzərdə tutulub.

Bu məqsədlə Bakının Xəzər rayonunun inzibati ərazisindən müvafiq ərazi ayrılıb. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti