Azərbaycan, Bakı, 14 dekabr /Trend/
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb.
Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin gəlirləri 2 632 695 000,0 manat, xərcləri 2 632 695 000,0 manat məbləğində təsdiq edilir.
2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Gəlirlərin mənbələri |
Məbləğ (manatla) |
|
1. |
Məcburi dövlət sosial sığorta haqları, cəmi o cümlədən: |
1 550 161 400,0 |
1.1. |
büdcədən maliyyələşən təşkilatlar üzrə |
539 193 200,0 |
1.2. |
büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə |
73 526 200,0 |
1.3. |
dövlət büdcəsindən ayrılan subsidiya hesabına və büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi üzrə daxilolmalar |
77 442 000,0 |
1.4. |
digər sığortaedənlər o cümlədən: |
860 000 000,0 |
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə |
33 504 000,0 |
|
2. |
Sair gəlirlər, cəmi o cümlədən: |
5 500 000,0 |
sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar |
1 500 000,0 |
|
3. |
Dövlət büdcəsindən ayırmalar (transfert) |
1 077 033 600,0 |
Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Xərclərin istiqamətləri |
Məbləğ (manatla) |
|
1. |
Əhaliyə ödənişlər, cəmi o cümlədən: |
2 570 271 000,0 |
1.1. |
əmək pensiyalarının ödənilməsinə, cəmi o cümlədən: |
2 500 291 000,0 |
əmək pensiyalarının baza hissəsinə |
1 358 480 000,0 |
|
əmək pensiyalarının sığorta hissəsinə |
1 141 811 000,0 |
|
1.2. |
məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, cəmi ondan: |
69 980 000,0 |
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə |
18 000 000,0 |
|
hamiləliyə və doğuşa görə |
22 000 000,0 |
|
uşağın anadan olmasına görə |
4 500 000,0 |
|
3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar |
8 000 000,0 |
|
dəfn üçün |
12 671 000,0 |
|
işsizliyə görə |
4 809 000, 0 |
|
2. |
Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri |
20 000 000,0 |
3. |
Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər, cəmi o cümlədən: |
17 454 000,0 |
3.1. |
sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların alınmasına |
13 846 000,0 |
3.2. |
sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə |
286 000,0 |
3.3. |
sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanılmasına |
127 000,0 |
3.4. |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (işçilərin əməkhaqqının ödənilməsi) |
2 099 000,0 |
3.5. |
Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına |
1 096 000,0 |
4. |
Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri |
23 500 000,0 |
5. |
Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri, cəmi o cümlədən: |
40 000,0 |
5.1. |
Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri |
14 000,0 |
5.2. |
MDB dövlətlərinin Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri |
26 000,0 |
6. |
"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər |
1 430 000,0 |
Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.
Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği azaldılır.
Bu Qanun 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.
Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etmək; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında" qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, Fondun 2013-cü il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün zəruri tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Prezidentinə və Nazirlər Kabinetinə məlumat versin.
Maliyyə Nazirliyinə isə tapşırılıb ki, 2013-cü ildə Dövlət Sosial Müdafiə Fonduna nəzərdə tutulmuş ayırmaların (transfertin) rüblük və aylıq bölgüsünü Fond ilə razılaşdırmaqla 15 gün müddətində təsdiq etsin.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərlərinə tapşırılıb ki, məcburi dövlət sosial sığorta haqları üzrə əvvəlki illərdə yaranmış borcları 2013-cü il üçün xüsusi vəsaitlərin smetalarının tərtibində və təsdiqində nəzərə alsınlar.
Gəlir və xərc smetaları aidiyyəti sahə nazirlikləri, habelə Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilən hüquqi şəxslərə tapşırılıb ki, 2013-cü il üçün smetalarda əvvəlki illərdə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların ödənilməsini nəzərdə tutsunlar.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılıb ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə birlikdə lazımi tədbirləri həyata keçirsinlər.