Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.Mehdiyev/
Türkiyənin İstanbul şəhərində Dünya Türk Gəncləri Birliyinin təşkilatçılığı ilə XV Türk Dünyası Gənclik Günləri və Qurultayı öz işinə başlayıb.
Trend-in məlumatına görə, dekabrın 19-na qədər davam edəcək Qurultayda Azərbaycanı Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov da iştirak edir.
Tədbirin məqsədi müxtəlif türkdilli dövlət və xalqların gənclik təşkilatlarını bir araya gətirmək, onlarla görüşlər keçirmək və gələcək fəaliyyətlərlə bağlı razılaşmalar əldə etməkdir.