...

Valeri Çeçelaşvili: GUAM uzunsürən münaqişələrin həlli üçün beynəlxalq birliyin dəstəyini səfərbər edir

Siyasət Materials 20 Dekabr 2012 14:01 (UTC +04:00)
GUAM təşkilatı üzv dövlətlərin uzunsürən münaqişələrin həlli zamanı beynəlxalq hüquq prinsiplərinin sözsüz və tam tətbiqinə əsaslanan mövqelərinin xeyrinə beynəlxalq cəmiyyətin dəstəyini səfərbər etmək üçün ondan asılı olan hər şeyi edir.
Valeri Çeçelaşvili: GUAM uzunsürən münaqişələrin həlli üçün beynəlxalq birliyin dəstəyini səfərbər edir

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir M.Əliyev/

GUAM təşkilatı üzv dövlətlərin uzunsürən münaqişələrin həlli zamanı beynəlxalq hüquq prinsiplərinin sözsüz və tam tətbiqinə əsaslanan mövqelərinin xeyrinə beynəlxalq cəmiyyətin dəstəyini səfərbər etmək üçün ondan asılı olan hər şeyi edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda GUAM Parlament Assambleyasının 5-ci iclasının yekunlarına dair keçirilən mətbuat konfransında GUAM PA-nın baş katibi Valeri Çeçelaşvili bildirib.

Onun sözlərinə görə, bütün münaqişələrin öz formatları var və onun çərçivəsində münaqişələrin sülh yolu ilə nizamlanması yollarının axtarışı aparılır.

"Biz ümid edirik ki, mövcud mexanizmlər çərçivəsində bütün tərəflər müvafiq həllərin tapılması üçün öz səylərini aktivləşdirirlər", - Çeçelaşvili deyib.

GUAM PA-nın baş katibi qeyd edib ki, təşkilatın dəqiq platforması var və həmin platforma ilə münaqişələrin nizamlanması mümkündür.

"Bu, 2006-cı il mayın 23-də dövlət başçılarının Kiyev sammitində qəbul etdikləri xüsusi bəyanatdır. Və mən deyərdim ki, o, nəinki hələ aktuallığını itirməyib, əksinə həmin vaxtdan beynəlxalq münasibətlərdəki vəziyyətin inkişafı ilə bağlı daha da aktuallaşıb", - Çeçelaşvili qeyd edib.

Baş katib təşkilat üzvlərinin Nyu-Yorkda qəbul edilməsinin zəruriliyini vurğuladıqları qətnamə layihəsi haqqında ayrıca fikir bildirib. Bu,"GUAM ərazisində həlli yubanan münaqişələr və onların beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsinə təsiri haqqında" qətnamə layihəsidir.

"Bu, mövqeyimizin tərəfdaşlarımıza səbrlə izah edilməsini tələb edən çox mürəkkəb işdir və düşünürəm ki, Azərbaycanda və Gürcüstanda münaqişələrin milli nümayəndə heyətləri tərəfindən tədqiq edilməsini nəzərə alaraq artıq bu gün bu qətnamə üzrə Baş Assambleyada [BMT] səsvermə zamanı həlledici əksəriyyəti əldə etmək ehtimalımız çox yüksəkdir", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti