...

Leonid Kravçuk: Azərbaycan və Ukrayna sahibkarlar səviyyəsində əməkdaşlığı fəallaşdırmalıdırlar

Siyasət Materials 4 Yanvar 2013 13:22 (UTC +04:00)
Azərbaycan və Ukrayna sahibkarlar və şirkətlər arasında özəl sektor səviyyəsində əməkdaşlığı fəallaşdırmalıdırlar. Bu barədə Trend-ə Ukraynanın ilk prezidenti Leonid Kravçuk deyib.
Leonid Kravçuk: Azərbaycan və Ukrayna sahibkarlar səviyyəsində əməkdaşlığı fəallaşdırmalıdırlar

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir M. Əliyev/

Azərbaycan və Ukrayna sahibkarlar və şirkətlər arasında özəl sektor səviyyəsində əməkdaşlığı fəallaşdırmalıdırlar. Bu barədə Trend-ə Ukraynanın ilk prezidenti Leonid Kravçuk deyib.

"Hər iki ölkə münasibətlərin inkişafı üçün daha böyük imkanlara malikdirlər. Azərbaycan enerji daşıyıcılarını ixrac edən ölkədir, Ukraynanın isə onlara ehtiyacı var. Lakin ikitərəfli münasibətləri təkcə dövlət səviyyəsində deyil, həmçinin işgüzar dairələr səviyyəsində inkişaf etdirmək lazımdır" , - Kravçuk bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir.

"Biz ticarət əlaqələrini, emal sahəsində əməkdaşlığı genişləndirə bilərdik. Ukrayna Azərbaycanı maşınqayırma, aqrar texnika məhsulları ilə təmin etmək imkanına malikdir. Bu əsasda ticari-iqtisadi əlaqələrin yaxşılaşdırılması mümkündür" , - eks prezident qeyd edib.

Onun sözlərinə görə, Ukrayna və Azərbaycan qarşıya qoyulan məqsədlərə çatmaq üçün ticarəti stimullaşdırmalı, təcrübə və mədəni nailiyyətlərin mübadiləsini aparmalıdırlar.

"Bu baxımdan müstəsna imkanlara malik olan diasporanın üzərinə böyük rol düşür. Məsələn, Ukrayna Azərbaycanlıları Konqresi bu istiqamətdə fəal iş aparır, təşkilatın rəhbəri Rövşən Tağıyev və UAK Ağsaqqallar Şurasının sədri Firuddin Məmmədov iki xalqın yaxınlaşması ilə əlaqədar çoxsaylı tədbirlər təşkil ediblər. Bu ölkədə diaspor fəaliyyəti üçün nümunə kimi göstərilə bilər" , - Kravçuk bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti