...

Aydın Mirzəzadə: Müxalifətin "vahid namizəd" axtarmaq görüntüsü əslində cəmiyyəti çaşdırmağa hesablanıb

Siyasət Materials 9 Yanvar 2013 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.Mehdiyev/

Müxalifətin "vahid namizəd" axtarmaq görüntüsü əslində cəmiyyəti çaşdırmağa hesablanıb. Bu barədə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə Trend-ə deyib.

"Belə ki, müxalifəti təmsil edən bütün tərəflərin seçimi heç də AXCP və Müsavatın namizədi deyil. Buna görə də bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində müxalifətdən çox sayda namizədin iştirak edəcəyinin şahidi olacağıq", - Mirzəzadə deyib.

O qeyd edib ki, əgər sözügedən hər iki partiya "vahid namizəd" məsələsində razılığa gəlmək istəklərini ortaya qoyurlarsa, deməli burada söhbət ümumən müxalifəti təmsil etmək deyil, bir-birilərinin sosial bazalarını mənimsəməkdən gedə bilər.

"Onlar çox gözəl dərk edirlər ki, seçkilərdə müxalifətin hər hansı bir uğur əldə etməsi sosial bazasının zəif olması səbəbindən mümkün olmayacaq. Ancaq göründüyü kimi onlar nəinki cəmiyyəti, müxalifəti, heç sosial bazalarını birləşdirmək iqtidarında deyillər", - Mirzəzadə vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti