Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E.Mehdiyev/
ABŞ-ın məşhur "Heraldonline" qəzeti Azərbaycanın Los Ancelsdəki baş konsulu Nəsimi Ağayevin 20 Yanvar faciəsi haqqında məqaləsini dərc edib.
Məqalədə həmin gün təpədən dırnağa qədər silahlanmış sovet qoşunlarının Bakıya daxil olması, günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi haqqında ətraflı məlumat verilib.
Müəllif qeyd edir ki, faciəni törətməkdə əsas məqsəd Azərbaycanın azadlıq səsini boğmaq idi. Lakin rejim buna nail ola bilmədi.
Daha sonra məqalədə ümumilli lider Heydər Əliyevin bu qanlı hadisəyə kəskin reaksiya verməsi, Azərbaycanı müdafiə etməsi, daha sonra xalqın azadlıq uğrunda mübarizəsinə liderlik etməsi vurğulanır.
Müəllif qeyd edir ki, sovet hakimiyyəti güc tətbiq etməklə Azərbaycan xalqını müsəqillik mübarizəsindən çəkindirə bilmədi, əksinə xalqın qətiyyətini daha da artırdı və nəticədə Azərbaycan xalqı öz müsəqilliyinə nail oldu.
Məqalədə vurğulanır ki, müsəqillik əldə etdikdən sonra Azərbaycan gündən-günə qüdrətlənməyə başladı və bu gün artıq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik iqtisadi inkişafa, siyasi sabitliyə malik mühüm geosiyasi bir qüvvəyə çevrilib.