...

Saakaşvili erməni yeparxiyasının Rusiya casusunun azad edilməsinə reaksiyasından təəccüblənib

Siyasət Materials 28 Yanvar 2013 16:09 (UTC +04:00)
Prezident Mixail Saakaşvili Gürcüstanın erməni yeparxiyasının rəhbərliyinin Rusiya casusunun ölkə həbsxanasından buraxılmasına reaksiyasından və bu məsələnin onlar tərəfindən siyasiləşdirilmiş bəyanatın motivi olması faktından təəccüblənib.
Saakaşvili erməni yeparxiyasının Rusiya casusunun azad edilməsinə reaksiyasından təəccüblənib

Gürcüstan, Tbilisi, 28 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Prezident Mixail Saakaşvili Gürcüstanın erməni yeparxiyasının rəhbərliyinin Rusiya casusunun ölkə həbsxanasından buraxılmasına reaksiyasından və bu məsələnin onlar tərəfindən siyasiləşdirilmiş bəyanatın motivi olması faktından təəccüblənib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gürcüstan Prezidenti Administrasiyasının yaydığı bəyanatda deyilir.

"Gürcüstanın erməni yeparxiyasının Gürcüstan vətəndaşı Vaaqna Çaxalyanın həbsdən azad edilməsinə dair son bəyanatı təəccüb doğurur", - bəyanatda qeyd olunur.

Prezident öz bəyanatında bildirib ki, Çaxalyanın etnik mənsubiyyəti heç bir əhəmiyyət daşımır. Məsələ Gürcüstan vətəndaşının törətdiyi cinayətkar əməllərdir.

"Gürcüstan Prezidenti dəfələrlə keçirilən amnistiyaya, xüsusilə, aralarında əksəriyyəti etnik gürcülər olan Rusiya casuslarının azad edilməsinə özünün kəskin mənfi münasibətini ifadə edib", - bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, Gürcüstanın erməni yeparxiyasının bu siyasi mövqe ilə bağlı ifadə etdiyi reaksiya anlaşılmazdır. Başa düşmək çətindir ki, konkret cinayətkarların, Rusiya casuslarının azad edilməsi faktı və Gürcüstanın yeni hökumətinin əsaslandırılmış tənqidi Gürcüstanın erməni yeparxiyasının rəhbərliyinin siyasiləşdirilmiş bəyanatı üçün motivə çevrilib.

"Ümid edirik ki, bu anlaşılmazlığa məlumatsızlıq səbəb olub", - bəyanatda deyilir.

Qeyd edək ki, erməni yeparxiyası bəyanat yayaraq Prezidenti və onun partiyasını bu yaxınlarda Gürcüstan parlamentinin amnistiya haqqında qanunla azad etdiyi erməni fəal Vaaqna Çaxalyanla bağlı "təxribatçı bəyanatlar"dan əl çəkməyə çağırıb.

Bir müddət əvvəl Saakaşvili bəyan etmişdi ki, Çaxalyan Rusiya xüsusi xidmət orqanlarının casusudur və əsasən ermənilərin yaşadığı Samstxe-Cavaxeti regionunun Gürcüstandan zorla alınmasına çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti