...

Ötən il Azərbaycanın 83 polis əməkdaşı Türkiyədə hazırlıq keçib

Siyasət Materials 4 Fevral 2013 15:07 (UTC +04:00)
Türkiyənin 2007-ci ildə beynəlxalq polis hazırlığı sahəsində başladığı əməkdaşlıq layihəsi çərçivəsində ötən il Azərbaycanın 83 polis əməkdaşı bu ölkədə hazırlıq keçib.
Ötən il Azərbaycanın 83 polis əməkdaşı Türkiyədə hazırlıq keçib

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin 2007-ci ildə beynəlxalq polis hazırlığı sahəsində başladığı əməkdaşlıq layihəsi çərçivəsində ötən il Azərbaycanın 83 polis əməkdaşı bu ölkədə hazırlıq keçib. Bu barədə Trend bazar ertəsi "Anadolu" agentliyinə istinadən məlumat verir.

Layihə Türkiyənin Beynəlxalq Koordinasiya və Əməkdaşlıq Agentliyi (TİKA) tərəfindən həyata keçirilir. Layihə çərçivəsində 13 ölkədən 1286 polis əməkdaşı Türkiyədə hazırlıq keçib.

Bu təlim və hazırlıqlarda Azərbaycan polislərindən başqa, Albaniya, Bosniya və Herseqovina, Fələstin, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Monqolustan, Tunis, Türkmənistan və digər ölkələrdən polislər iştirak ediblər.

Təlimlər, əsasən, təhlükəsizlik və kəşfiyyat obyektlərinin müdafiəsi, həmçinin girovların azad edilməsi üzrə hazırlıq sahəsində aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti