Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin "Aselsan" hərbi-sənaye şirkəti HHM sistemləri, döyüş təyyarələri, helikopterlər və gəmilərin tanınması üçün istifadə olunan "dostlar"ın və "düşmənlər"in tanınması üzrə radar sistemini (Identification Friend and Foe) yaradıb. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.
Şirkət radar sisteminin yaradılması üzərində yeddi ilə yaxın çalışıb. Qəzetin yazdığına görə, sistem F-4 qırıcılarında uğurla sınaqdan keçirilib.
Dünyanın yeddi ölkəsi "dostlar"ın və "düşmənlər"in tanınması sisteminə malikdir. Şirkət bəyan edir ki, yaxın aylarda sisteminin silsilə istehsalına başlamaq niyyətindədir.