...

"Naşa Ukrayna" partiyası fəaliyyətini dayandırıbmı?

Siyasət Materials 2 Mart 2013 19:47 (UTC +04:00)
Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun lideri olduğu "Naşa Ukrayna" siyasi partiyası özünü buraxmaq haqqında qərar qəbul edib.
"Naşa Ukrayna" partiyası fəaliyyətini dayandırıbmı?

Azərbaycan, Bakı, 2 mart /Trend/

Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun lideri olduğu "Naşa Ukrayna" siyasi partiyası özünü buraxmaq haqqında qərar qəbul edib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda bildirilir ki, bu qərar partiyanın bu gün keçirilmiş XII hesabat-seçki konfransında 291 nümayəndədən 267 nəfərinin səsverməsilə baş tutub.

Qərarda deyilir ki, "Naşa Ukrayna" partiyası özünü buraxmaqla fəaliyyətini dayandırır. Bununla yanaşı, partiyanın rayon və şəhər təşkilatlarının, nizamnamə orqanlarının - partiya rəhbərliyinin, liderinin, mərkəzi rəhbərliyin və icra orqanlarının fəaliyyəti dayandırılır.

"Partiyanın sənədləri, möhür və tanıtın nişanları Kiyev-Moqilyan akademiyası Milli Universitetinin "Narıncı inqilab" tarix muzeyinə təqdim ediləcək" - partiyanın qərarında belə deyilir.

Bununla yanaşı, nümayəndələr parlamentdən kənarda qalmış bütün sağçı partiyaların özünü buraxmasını və vahid siyasi təşkilatda birləşməsini də təklif ediblər.

Lakin sabiq prezident Viktor Yuşşenkonun mətbuat katibi İrina Vannikova məlumatı təkzib edərək, deyib ki, partiya fəaliyyətini dayandırmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti