...

Ermənistan prezidentliyinə sabiq namizəd həbs edilib – KİV

Siyasət Materials 6 Mart 2013 00:15 (UTC +04:00)
Ermənistan prezidentliyinə sabiq namizəd Vardan Sedrakyan iki ay müddətinə məhkəmə tərəfindən həbs edilmişdir. Bu barədə Ermənistan KİV-ləri xəbər yayıb.
Ermənistan prezidentliyinə sabiq namizəd həbs edilib – KİV

Azərbaycan, Bakı, 6 mart /Trend/

Ermənistan prezidentliyinə sabiq namizəd Vardan Sedrakyan məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib. Bu barədə Ermənistan KİV xəbər yayıb.

Xəbərə əsasən, məhkəmə ehtiyat tədbiri kimi Milli Təhlükəsizlik Xidmətinin Sedrakyanın həbsi haqqında xahişini təmin edib.

Daha əvvəl digər namizəd Paruyr Hayrikyana qarşı sui-qəsddə təqsirləndirilən iki şəxsin Sedrakyanın sifarişi ilə işləməsi barədə məlumat yayılmışdı. Sedrakyan bu sui-qəsddə öz iştirakını təkzib edərək seçkilərdən sonra həbs ediləcəyini istisna etməyib.

Ermənistanın hüquq-mühafizə orqanları bu məlumatı şərh etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti