...

Minlərlə sloveniyalı siyasi elitanın istefaya getməsini tələb edir

Siyasət Materials 10 Mart 2013 02:05 (UTC +04:00)
Təxminən 5 minədək sloveniyalı bütün siyasi elitanın istefaya getməsi, növbədən kənar seçkilərin keçirilməsi və irimiqyaslı reformaların reallaşdırılması tələbilə aksiya təşkil ediblər.
Minlərlə sloveniyalı siyasi elitanın istefaya getməsini tələb edir

Azərbaycan, Bakı, 10 mart /Trend/

Təxminən 5 minədək sloveniyalı bütün siyasi elitanın istefaya getməsi, növbədən kənar seçkilərin keçirilməsi və irimiqyaslı reformaların reallaşdırılması tələbilə aksiya təşkil ediblər. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu, parlamentin Yanez Yanşinin başçılıq etdiyi hökuməti istefaya göndərdikdən və yeni baş nazir seçdikdən sonra keçirilmiş birinci etiraz aksiyasıdır.

Məlumatda deyilir ki, insidentsiz başa çatmış aksiyanın iştirakçılarının böyük əksəriyyəti tutulmuşların azadlığa buraxılması üçün polis məntəqəsinin qarşısında yığışıb.

Aksiyada iştirak edənlər əsasən, korrupsiyaya, sərt iqtisadi tədbirlərə, dövlət əmlakının mənimsənilməsinə etirazlarını bildiriblər.

Onlar növbədənkənar seçkilərin keçirilməsi və mövcud sistemin dəyişdirilməsi kimi tələblər irəli sürüblər.

Aksiya iştirakçıları, həmçinin, Ali Məhkəmənin binasına yumurta atıblar.

Onlar cinayətkar hesab etdikləri siyasətçilərin, oliqarxların həbs edilməsini tələb ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti