Azərbaycan, Bakı, 17 mart /Trend/
İsveçrənin paytaxtı Bern şəhərində təxminən, 20 min təhsil, səhiyyə, hüquq-mühafizə və dövlət orqanlarında çalışan insanlar əmək şərtlərinin yaxşılaşdırılması və əmək haqlarının artırılması üçün iqtisadi tədbirlərin həyata keçirilməsini tələb ediblər.
Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, aksiyaçılar Berndəki meydana yığılıb və iqtisadiyyatın dövlət sektorunun dağıdılmasına etiraz ediblər.
Məlumatda deyilir ki, İsveçrənin Bern kantonunda hakimiyyət maliyyəyə qənaət etmək üçün dövlət sektorunda əmək haqlarının elektron artımını dayandırıb və təhsil, səhiyyə sferasına ayrılan vəsaiti 45 milyon avro azaldıb.
Qeyd edək ki, İsveçrənin paytaxtında keçirilmiş etiraz aksiyası son 10 ilin ən böyüyü olub.