Azərbaycan, Bakı, 23 mart /Trend/
İsrailin üzrxahlığı Türkiyə ictimaiyyətində geniş müzakirələrə yol açıb. Trend-in "Anadolu" agentliyinə istinadən yaydığı məlumatda bildirilir ki, əsasən, İsrailin üzr istəməsinə səbəb olan hadisə zamanı "Mavi Mərmərə" gəmisində zərər çəkmiş insanlar fikirlərini media ilə bölüşüblər.
"Mavi Mərmərə" gəmisində oğlunu itirmiş Əhməd Doğan deyib ki, İsrail gec də olsa, insanlığa qarşı cinayət işlədiyini etiraf edib.
Məlumatda deyilir ki, "Mavi Mərmərə" gəmisində həyat yoldaşını itirmiş Türkiyənin taekvando üzrə dünya çempionu Çətin Topçuoğlu İsrailin üzrxahlığını ölkəsinin böyük diplomatik qələbəsi kimi qiymətləndirib.
"Bu işdə əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm" - deyə o, əlavə edib.
İHH Vətəndaş Yardımı Vəqfinin rəhbəri Bülent Yıldırım isə deyib ki, İsrailin belə bir məsələdə üzr istəməsi dünya tarixində bir ilkdir.