...

Türkiyənin Baş naziri Qəzza sektoruna səfər edəcək

Siyasət Materials 23 Mart 2013 09:50 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qəzza sektoruna səfər etmək niyyətindədir.
Türkiyənin Baş naziri Qəzza sektoruna səfər edəcək

Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qəzza sektoruna səfər etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə "Həmas" təşkilatının lideri İsmayıl Haniyənin sözlərinə istinadən "CNN Türk" telekanalı xəbər yayıb.

Buna baxmayaraq o, Ərdoğanın səfər vaxtını dəqiqləşdirməyərək səfərin yaxın vaxtlarda baş tutacağını qeyd edib. Haniyənin sözlərinə görə, Türkiyə və İsrail arasında əlaqələrin normallaşması rəsmi Ankaranın diplomatik qələbəsidir.

"Mən əminəm ki, əgər İsrail Türkiyəyə Qəzza sektorunun blokadasını aradan qaldırmağa söz veribsə, rəsmi Təl-Əviv vədinə əməl edəcək", - Haniyə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti