...

Con Kerri: Türkiyə və İsrail arasındakı uzlaşma regionda sülhün təmin edilməsinə əlavə stimul verəcək

Siyasət Materials 24 Mart 2013 09:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 mart /Trend/

Türkiyə və İsrail arasındakı uzlaşma regionda sülhün təmin edilməsinə əlavə stimul verəcək. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri yazılı açıqlamasında bildirib.

"Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan və İsrailin baş naziri Binyamin Netanyahu uzlaşmanın əldə olunması üçün nümayiş etdirdikləri liderlik keyfiyyətlərinə görə, böyük bir təqdirə layiqdirlər" - deyə Kerri əlavə edib.

Dövlət katibi bildirib ki, Binyamin Netanyahu ilə danışıb və iki ölkə arasındakı uzlaşma İsrailə bölgədə qarşılaşdığı problemlərdən çıxış yolu tapmaqda kömək edəcək.

"Qarşılıqlı anlaşmanın və münasibətlərin normallaşdırılmasının tam sürətlə reallaşdırılmasını arzulayırıq və bununla da, Türkiyə və İsrail ortaq maraqların təmin edilməsi istiqamətində işləyə bilərlər" - deyə ABŞ-ın dövlət katibi bildirib.

Xəbər lenti

Xəbər lenti