...

Əhməd Davudoğlu: İsrailin Türkiyədən üzr istəməsini ABŞ-ın uğuru kimi qiymətləndirmək olmaz

Siyasət Materials 27 Mart 2013 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir A. Tağıyeva/

İsrailin Türkiyədən 9 türk vətəndaşının həlak olmasına görə üzr istəməsi və digər şərtləri yerinə yetirməsini ABŞ-ın uğuru kimi qiymətləndirmək yanlışdır. Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN-in rəhbəri Əhməd Davutoğlü "Habertürk" qəzetinə müsahibəsində bildirib.

"Müxalifət hesab edir ki, Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair razılıq tam olaraq ABŞ-a məxsusdur. Ancaq bu belə deyil. Əgər Türkiyə ABŞ-a təzyiq göstərməsəydi, rəsmi Təl-Əviv Ankaradan üzr istəməyəcəkdi", - Davudoğlu bildirib.

Onun sözlərinə görə, İsrailin Türkiyənin şərtlərini yerinə yetirməsi, ilk növbədə türk diplomatlarının qələbəsidir.

Nazir qeyd edib ki, yaxın vaxta İsraildən olan nümayəndələr "Azadlıq donanması"na qarşı hərbi əməliyyatda həlak olmuş Türkiyə vətəndaşlarının ailələrinə kompensasiyaların ödənilməsini ilə bağlı bu ölkəyə səfər edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti