...

İsrail "Azadlıq donanması"da həlak olan Türkiyə vətəndaşlarının ailələrinə kompensasiyaların ödənilməsini müzakirə edəcək

Siyasət Materials 28 Mart 2013 13:27 (UTC +04:00)
Gələn həftə İsraildən olan nümayəndələr "Azadlıq donanması"na qarşı hərbi əməliyyatda həlak olan Türkiyə vətəndaşlarının ailələrinə kompensasiyaların ödənilməsi ilə bağlı bu ölkəyə səfər edəcəklər.
İsrail "Azadlıq donanması"da həlak olan Türkiyə vətəndaşlarının ailələrinə kompensasiyaların ödənilməsini müzakirə edəcək

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir R.Hafizoğlu/

Gələn həftə İsraildən olan nümayəndələr "Azadlıq donanması"na qarşı hərbi əməliyyatda həlak olan Türkiyə vətəndaşlarının ailələrinə kompensasiyaların ödənilməsi ilə bağlı bu ölkəyə səfər edəcəklər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Radikal" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına görə, tərəflər arasında başlanılacaq danışıqların konkret vaxtı məlum deyil.

Qeyd edək ki, bu yaxınlarda İsrailin baş naziri Binyamin Netanyahu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğandan 2010-cu ildə "Azadlıq gəmisi"ndə baş vermiş olaya görə üzr istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti