...

Ermənistan və Əlcəzair viza tələblərini ləğv edirlər

Siyasət Materials 28 Mart 2013 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend/

Ermənistan hökuməti bu gün keçirdiyi iclasda ölkəyə və Əlcəzairə səfər üçün diplomatik və xidməti pasportları olan şəxslərə qarşı viza tələblərinin ləğv edilməsinə dair imzalanmış sazişi bəyənib. Bu barədə Trend cümə axşamı Ermənistan KİV-ə istinadən məlumat verir.

Saziş layihəsinə əsasən, sənəd iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə imzalanır.

Bununla yanaşı, hər bir tərəf diplomatik, xüsusi və ya xidməti pasportu olan şəxsləri arzuolunmaz hesab edərsə, onların səfərinə qadağa qoymaq hüququna malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti