...

Cənubi Afrikada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib (FOTO)

Siyasət Materials 27 Aprel 2013 15:56 (UTC +04:00)
Cənubi Afrika Respublikasının inzibati paytaxtı Pretoriyada Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir təşkil edilib.
Cənubi Afrikada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Cənubi Afrika Respublikasının inzibati paytaxtı Pretoriyada Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirə ölkədə fəaliyyət göstərən 20-dən artıq səfir, Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin baş direktorunun müavini Rapu Molekane, bir sıra digər qurumların rəsmiləri, CAR-ın yerli dini, Azərbaycan və türk icmalarının nümayəndələri, KİV-lər və iş adamları qatılıblar.

Tədbiri açıq elan edən səfir Elxan Poluxov ümummilli liderimizin keçdiyi həyat yolu, Azərbaycan dövlətinin qurulmasında yeri, ölkəmizin müasir daxili və xarici siyasətinin təməlinin qoyulması və inkişafı sahəsində əvəzolunmaz fəaliyyəti, 90-cı illərdə Azərbaycanı vətəndaş müharibəsindən xilas etməsi və erməni təcavüzünün qarşısının alınmasında oynadığı rol, Azərbaycanın dünya arenasına çıxması və tanıdılması sahəsində xidmətindən danışıb. Sonra söz Cənubi Afrika Beynəlxalq Münasibətlər İnstitutunun professoru səfir Tomas Vilerə verilib.

1994-cü ildə Türkiyədə CAR-ın səfiri olan T.Viler həmin dövrlərdə iqamətgahı Ankarada olmaqla Azərbaycanda akkreditə edildiyini və etimadnamələrini ümummilli lider Heydər Əliyevə təqdim etmiş ilk Cənubi Afrika səfiri olduğunu vurğulamışdır. Daha sonra Viler Azərbaycan və ümummili lider Heydər Əliyev haqqında xoş xatirələrini qonaqların diqqətinə çatdırıb və dahi insanın Azərbaycan naminə apardığı uzaqgörən və müdrik siyasətindən danışıb.

Tədbir zamanı iştirakçılar Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi, ona həsr edilmiş nəşrlər və Heydər Əliyev Fondunun çap materialları ilə tanış olublar. Həmçinin, qonaqlara ümummilli liderimizin həyatını əks etdirən məlumat kitabçaları paylanılıb. Tədbir yerli KİV-lər tərəfindən işıqlandırılıb.

Qeyd edək ki, sərginin təşkilində Azərbaycan-CAR parlamentlərarası dostluq komissiyasının üzvləri, Milli Məclisin deputatları Əhməd Vəliyev və Arif Əşrəfov tərəfindən səfirliyə ianə edilmiş materiallardan istifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti