Azərbaycan, Bakı, 2 may /Trend/
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi, nüvə proqramı üzrə baş müzakirəçi Səid Cəlili mayın 15-də İstanbulda görüşəcəklər. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Eştonun mətbuat ofisindən İstanbulda keçiriləcək müzakirələrin aprelin 5-6-da Qazaxıstanın Almatı şəhərində baş tutmuş görüşün davamı olduğu bildirilib.