Azərbaycan, Bakı, 6 may /Trend/
Ermənistan Mərkəzi Seçki Komissiyası Yerevan Ağsaqqallar Şurasına keçirilmiş seçkilərin ilkin nəticələrinə yekun vurub.
Trend-in bazar ertəsi Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, mayın 5-də keçirilmiş seçkilərin ilkin nəticələrinə əsasən, Ermənistan Respublika Partiyası (ERP) qələbə qazanıb.
Partiya seçicilərin 55,89 faizinin səsini toplayıb. Müvafiq olaraq, ERP-nin proporsional siyahısına başçılıq edən Taron Marqaryan Yerevan meri seçilib.