Azərbaycan, Bakı, 7 may / Trend, müxbir S.Əliyev/
Azərbaycan davamlı demokratiyanın inkişafı üçün səylərini artırır. Trend-in məlumatına görə, bu barədə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Brok bildirib.
Çərşənbə axşamı Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunda çıxışı zamanı Brok bildirib: "Azərbaycan öz üzərinə BMT-nin əsas dəyərləri üzrə öhdəliklər götürüb və davamlı demokratik inkişaf işində səyləri genişləndirməkdə davam edir".
Çərşənbə axşamı Bakıda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə Birinci Cənubi Qafqaz Forumu başlayıb.
Brokun sözlərinə görə, Azərbaycan regionun inkişafının ön cərgəsində dayanıb. Ölkədə iqtisadiyyat əhəmiyyətli dərəcədə artır, inkişafın və resursların böyük potensialı mövcuddur. ÜDM-in artması yoxsulluq səviyyəsinin 40 faizdən 6 faizə qədər azalmasına, işsizlik səviyyəsinin ixtisarına gətirib.
Brok bildirib: "Həmçinin cinsi bərabərlik məsələsində də böyük irəliləyişlərə nail olunub, qadınların 90 faizi ali təhsil alıb.