...

Nüvə məsələləri üzrə sabiq müzakirəçi İran prezidentliyimə namizəd kimi qeydiyyatdan keçmək üçün ərizə verib

Siyasət Materials 7 May 2013 15:26 (UTC +04:00)
İranın nüvə məsələləri üzrə sabiq baş müzakirəçisi, Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Həsən Ruhani ölkədə prezident seçkilərində namizəd qismində qeydiyyatdan keçmək üçün ərizə verib.
Nüvə məsələləri üzrə sabiq müzakirəçi İran prezidentliyimə namizəd kimi qeydiyyatdan keçmək üçün ərizə verib

Azərbaycan, Bakı, 7 may /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İranın nüvə məsələləri üzrə sabiq baş müzakirəçisi, Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Həsən Ruhani ölkədə prezident seçkilərində namizəd qismində qeydiyyatdan keçmək üçün ərizə verib. Bu barədə Trend çərşənbə axşamı "Fars" agentliyinə istinadən məlumat verir.

Ruhani İslam Şurası Yığıncağının dördüncü və beşinci çağırışlarının vitse-spikeri və 1989-2005-ci illərdə Ali Milli Təhlükəsizlik Şurasının katibi olub.

Qeyd edək ki, mayın 7-dən etibarən ölkədə namizədlərin prezident seçkilərində rəsmi qeydiyyatdan keçməsinə başlanılıb.

Qeydiyyat prosesi mayın 11-dək davam edəcək.

İranda 11-ci prezident seçkiləri 2013-cü il mayın 14-də keçiriləcək. Ölkədə prezident 4 il müddətinə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti