...

ABŞ-ın Vaşinqton və Sabannah şəhərlərinin merləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü təbrik ediblər

Siyasət Materials 10 May 2013 09:31 (UTC +04:00)
ABŞ-ın Vaşinqton və Sabannah şəhərlərinin merləri Vincent C. Gray və Corciya ştatının Sabannah şəhərinin meri Edna Branch Jackson Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü təbrik ediblər.
ABŞ-ın Vaşinqton və Sabannah şəhərlərinin merləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü təbrik ediblər

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın Vaşinqton və Sabannah şəhərlərinin merləri Vincent C. Gray və Corciya ştatının Sabannah şəhərinin meri Edna Branch Jackson Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü təbrik ediblər.

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, hər iki təbrik məktubunda ümummilli lider Heydər Əliyevin Azərbaycan-ABŞ strateji müttəfiqliyinin güclənməsindəki, o cümlədən 11 sentyabr 2001-ci il terror hadisələrindən sonra Azərbaycanın ABŞ-a qeyd-şərtsiz dəstəyin verilməsindəki rolu xüsusi qeyd olunur.

Sabannah şəhərinin meri Edna Branch Jackson Prezident Heydər Əliyevin Xəzər dənizinin neft və qaz resurslarının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə cəlb olunması və onun müstəqil Azərbaycanda dini dözümlülüyün təşviqi istiqamətində səylərini təqdir edib.

Kolumbiya Dairəsinin meri Vincent C. Gray Heydər Əliyevin liderliyi altında Azərbaycanın inkişaf etdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti