...

Sabah Elmar Məmmədyarovun Polşaya səfəri başlayır

Siyasət Materials 16 May 2013 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend müxbir M.Əliyev/

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti sabah Polşanın Krakov şəhərində keçiriləcək Vışeqrad Qrupu və Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı XİN mətbuat xidmətindən bildirilib.

İclas çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti