...

XİN: Azərbaycan və Rusiya arasında demarkasiya məsələsində fikirayrılığı yoxdur

Siyasət Materials 18 May 2013 10:24 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında Moskvada keçirilən görüşdə demarkasiyanın davam etdirilməsi üçün normativ-hüquqi sənədlərin əsasının yaradılması müzakirə olunub, gələcək fəaliyyət müəyyən edilib.
XİN: Azərbaycan və Rusiya arasında demarkasiya məsələsində fikirayrılığı yoxdur

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan və Rusiya arasında Moskvada keçirilən görüşdə demarkasiyanın davam etdirilməsi üçün normativ-hüquqi sənədlərin əsasının yaradılması müzakirə olunub, gələcək fəaliyyət müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Moskvada keçirilən Rusiya və Azərbaycan sərhədlərinin demarkasiyası üzrə komissiyanın iclasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Moskva iclasında növbəti görüşün Azərbaycanda keçirilməsi qərara alınıb: "Görüşün keçirilməsi üçün komissiyalar arasında işçi qruplarının fəaliyyəti davam etdiriləcək. Onların görüşləri həm Moskvada, həm Bakıda keçiriləcək. Lazım gəldikdə isə sərhəddə təşkil olunacaq. Görüşün vaxtı bizdən asılıdır. Diplomatik kanallar vasitəsilə onun tarixi müəyyənləşəcək".

Xələfov qeyd edib ki, demarkasiya çox çətin prosesdir. Ancaq o bu prosesin qısa zamanda həll olunacağına ümid etdiyini bildirib: "Bu çox vacib əhəmiyyət kəsb edən məsələdir. Həm kartoqrafik, həm topoqrafik, həm də yerlərdə sərhədlərin nişanlarının quraşdırılmaslı ilə bağlı müəyyən işlər aparılmalıdır".

Bu məsələlərdə müəyyən fikirayrılıqlarının olub-olmadığı barədə suala cavab verən Xələfov deyib ki, müzakirə aparılan hazırkı məsələlərdə heç bir fikirayrılığı yoxdur: "Ümid edirəm ki, gələcəkdə də olmayacaq".

Gürcüstanla sərhəddə delimitasiya işləri barədə danışan nazir müavini deyib ki, bu işlər davam edir və demarkasiya prosesinə keçmək üçün hələ çox vaxt tələb olunur: "Gürcüstanla sərhədin üçdə ikisi razılaşdırılıb, bir çox açıq məsələlər var. Təbii ki, onları həll etmək üçün vaxt lazımdır. Amma hər iki tərəf israrlıdır ki, bu iş davam etdirilsin və işçi komissiyalarının, ekspertlərin görüşməsi məsələsi daim gündəlikdədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti