Azərbaycan, Bakı, 18 may/Trend, müxbir R. Hafizoğlu/
BMT-nin Təhlükəsizlik Şurası (TŞ) Suriya böhranının həlli üçün addımlar atmalıdır. Trend-in şənbə günü "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
Onun sözlərinə görə, BMT TŞ böhranın həlli ilə bağlı 1 dəqiqə belə gecikməməlidir.