...

Mexikoda ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı rəsmi qəbul keçirilib

Siyasət Materials 21 May 2013 10:39 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi tədbirləri çərçivəsində Mexiko şəhərində “Four Season” otelinin binasında Azərbaycan Respublikasının Meksikadakı səfirliyi tərəfindən konsert proqramı ilə müşayiət edilmiş rəsmi qəbul keçirilmişdir.
Mexikoda ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı rəsmi qəbul keçirilib

Azərbaycan, Bakı, 21 may /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi tədbirləri çərçivəsində Mexiko şəhərində "Four Season" otelinin binasında Azərbaycan Respublikasının Meksikadakı səfirliyi tərəfindən konsert proqramı ilə müşayiət edilmiş rəsmi qəbul keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın Meksikadakı səfirliyindən daxil olan məlumatda deyilir.

Tədbiri giriş sözü ilə açan səfir İlqar Muxtarov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın Sovet İttifaqı dövründə onun rəhbərliyi altında geniş mənada inkişafından və Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmiş sosial islahatlardan bəhs etmişdir. Azərbaycan xalqının taleyində və dövlətimizin quruculuq tarixindəki rolundan danışaraq bildirib ki, Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu istiqamətində uğurla inkişaf etməsi məhz ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətə əsaslanmış və bu siyasi xətt bugün də davam etdirilir.

Ulu öndərin hər zaman Azərbaycanın maraqlarını prioritet olaraq ən yüksəkdə tutduğunu qeyd edən İ.Muxtarov, həmçinin Heydər Əliyevin 1982-ci ildə SSRİ nümayəndə heyətinin rəhbəri kimi Meksikaya səfərindən bəhs etmiş, Meksikanın keçmiş prezidenti ilə görüş zamanı ona vətəni Azərbaycan haqqında geniş bəhs etdiyini diqqətə çatdırmışdır.

Səfir qeyd etmişdir ki, Heydər Əliyevin fəaliyyəti sayəsində müstəqil Azərbaycanın sosial-siyasi və iqtisadi həyatı sabitləşmiş, ölkədə söz azadlığı təmin edilmiş, habelə onun siyasi iradəsi ilə Azərbaycan müstəqil xarici siyasət yürüdərək, beynəlxalq miqyasda dünya dövlətləri arasında layiqli yerini tutmuşdur.

Qeyd etmək lazımdır ki, tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1982-ci ildə Meksikaya səfəri çərçivəsində onunla görüşmüş Meksikanın yüksək rütbəli diplomatları, keçmiş Hökumət və Konqres üzvləri iştirak etmişlər.

Yubiley tədbirində, həmçinin 1982-ci ildə Meksikanın keçmiş Sovet İttifaqında diplomatik nümayəndəliyinin rəhbəri olmuş Səfir Antonio Duenyas çıxış etmişdir. Səfir A.Duenyas ulu öndərin Sovet Ittifaqının ən yüksək vəzifəli şəxslərindən biri olaraq xidmətlərindən, Meksikaya həyata keçirdiyi dövlət səfəri və onu şəxsən tanıyan insan kimi, öz xoş xatirələrindən tədbir iştirakçılarına bəhs etmişdir.

A.Duenyas vurğulanmışdır ki, Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini tutması, tam demokratik cəmiyyətin formalaşdırılması, həmçinin Azərbaycanın ən çətin tarixi dönəmlərində ölkədə siyasi sabitlik və iqtisadi inkişafın təmin edilməsi məhz Heydər Əliyevin böyük siyasətçi və lider kimi xüsusi xidmətləri sayəsində mümkün olmuşdur.

Daha sonra, Ümummilli Lider Heydər Əliyevin həyat yolundan bəhs edən Səfirlik tərəfindən ispan dilində hazırlanmış sənədli film nümayiş etdirilmişdir. Filmdə Heydər Əliyevin sovet dövrü və müstəqillik illərindəki fəaliyyəti işıqlandırılmış, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımız qarşısında göstərdiyi müstəsna xidmətlərdən, o cümlədən müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra ölkəmizin vətəndaş müharibəsi təhlükəsindən xilas etməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, cəmiyyətin müxtəlif sahələrinin inkişafı üçün ulu öndərin müdrik siyasəti və bu fəaliyyətinin nəticələrindən bəhs edilmişdir.

Gecənin bədii hissəsində Meksika ştatının simfonik orkestrində çalışan azərbaycanlı musiqiçilərinin ifasında Azərbaycanın klassik musiqi bəstəkarları Üzeyir Hacıbəyov, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Soltan Hacıyevin əsərləri ifa edilmiş, tədbir iştirakçılarına ziyafət verilmişdir.

Yubiley tədbirində Meksikada akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri və yüksək vəzifəli diplomatları, Meksika Hökuməti və Konqresinin rəsmiləri, burada yaşayan azərbaycanlı, türk, Ukrayna, yəhudi icmalarının nümayəndələri və səfirliyin dostları iştirak etmişlər.

Tədbirdən sonra qonaqlara Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar hazırlanmış xatirə hədiyyələri, ulu öndərin həyat və fəaliyyətindən bəhs edən DVD diskdə sənədli film və broşürlar paylanmşdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti