...

Azərbaycan ilə İran arasında miqrasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Siyasət Materials 24 May 2013 17:53 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakayini qəbul edib.
Azərbaycan ilə İran arasında miqrasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir İ.İzzət/

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakayini qəbul edib.

Xidmətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə F.Nəbiyev miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsindən, Azərbaycan ərazisində qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə tədbirlərindən danışıb.

Səfir Möhsün Pakayin görüşdən məmnun olduğunu bildirib və iki ölkə arasında miqrasiya sahəsində birgə əməkdaşlığın perspektivlərindən bəhs edib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti