Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.Mehdiyev/
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvar Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib. Bu barədə TRT-nin Bakı təmsilçiliyindən Trend-ə daxil olan məlumatda bildirilir.
Ünüvar təbrikində Azərbaycan və Türkiyə arasında əsrlərdən bəri davam edən dostluq və qardaşlıq bağlarının hər keçən gün daha da gücləndiyini bildirib.
O, qeyd edib ki, Azərbaycan Qafqazın parlayan ulduzu olaraq bütün dünyada tanınır: "1991-ci ildən etibarən 28 may tarixi Azərbaycanda Respublika Günü kimi qeyd edilir. Bu münasibətlə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm".