...

Bordyuja: KTMT-nin hərbi tərkibi gücləndiriləcək

Siyasət Materials 28 May 2013 19:54 (UTC +04:00)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iştirakçı ölkələrinin rəhbərləri təşkilatın hərbi tərkibinin gücləndirilməsi barədə qərar qəbul ediblər.
Bordyuja: KTMT-nin hərbi tərkibi gücləndiriləcək

Azərbaycan, Bakı, 28 may /Trend/

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iştirakçı ölkələrinin rəhbərləri təşkilatın hərbi tərkibinin gücləndirilməsi barədə qərar qəbul ediblər.

Trend KirTAQ-a istinadən məlumat verir ki, bu barədə KTMT-nin baş katibi Nikolay Bordyuja təşkilata üzv ölkələrin dövlət başçılarının bu gün Bişkekdə keçirilən qeyri-formal görüşünün yekunlarını şərh edərkən bildirib.

Boryuja deyib ki, hərbi tərkibin gücləndirilməsi üzrə konkret qərar qəbul olunub: "Həmçinin, neqativ halların minimuma endirilməsi, 2014-cü ildən sonra Əfqanıstanda vəziyyətin mümkün gərginləşməsi üzrə görüləcək tədbirlər müzakirə olunub".

Xəbər lenti

Xəbər lenti