...

Sərdar Cəlaloğlu: Milli Şuranın hələ nə tərkibi, nə də məqsədləri bəllidir

Siyasət Materials 30 May 2013 15:02 (UTC +04:00)
Milli Şurada problemlərin olduğu, prinsipial razılığın olmadığı göz qabağındadır. Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Sərdar Cəlaloğlu: Milli Şuranın hələ nə tərkibi, nə də məqsədləri bəllidir

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.Mehdiyev/

Milli Şurada problemlərin olduğu, prinsipial razılığın olmadığı göz qabağındadır. Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, Milli Şura ilə bağlı danışıqlar gizli aparılır, proseslə bağlı dəqiq açıqlama verilimir: "Yəni proses qeyri-şəffaf getdiyi üçün konkret fikir bildirmək mümkün deyil. Milli Şura ətrafında müxtəlif fikirlərin yaranmasının səbəblərindən biri də məhs prosesin qeyri-şəffaflığı ilə bağlıdır".

Cəlaloğlu hesab edir ki, Milli Şuranın təsisçiləri faktiki olaraq nəzərə almalı idilər ki, indiki mühüm siyasi vəziyyətdə qeyri-şəffaf addımlar ətrafında müxtəlif fikirlərin yayılması proqnozlaşdırılan və təbii idi: "Ona görə də, mümkün qədər şəffaf fəaliyyət göstərməli idilər. Amma çox təəssüf ki, bunu həyata keçirə bilmədilər".

Milli Şuranın perspektivi məsələsinə toxunan Cəlaloğlu qeyd edib ki, yarandığı elan olunsa da Milli Şura hələ nə tərkibini, nə də məqsədlərini elan edib: "Ona görə də onun aydın perspektivi haqqında nəsə demək çətindir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti