Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.Mehdiyev/
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayının gündəliyində duran əsas məsələ oktyabr ayında keçiriləcək prezident seçkilərində YAP-ın namizədini irəli sürməkdir. Bu barədə Trend-ə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Novruzov qeyd edib ki, qurultayda Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyi irəli sürüləcək: "Artıq rayon və şəhər təşkilatlarında konfranslar sona yetib, bir təşkilatda qalıb ki, o da sabah yekunlaşacaq və bununla da qurultaya bütün nümayəndələr seçilmiş olacaq".
O bildirib ki, qurultay iyunun əvvəlində keçiriləcək.