...

NATO-Azərbaycan əməkdaşlığı müzakirə edilib

Siyasət Materials 31 May 2013 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Qadınlar, Sülh və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Mari Skareni qəbul edib.

Trend-in XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə NATO-Azərbaycan əməkdaşlığı, xüsusilə də qadın hüquqlarının qorunması və gender bərabərliyi sahəsində əməkdaşlıq imkanları, Azərbaycanın NATO-nun Əfqanıstanda sivil quruculuq və dövlət institutlarının möhkəmləndirilməsi səylərinə verdiyi töhfə ətrafında fikir mübadiləsi aparılıb.

Xarici işlər naziri Elmar Məmmədyarov gender bərabərliyinin təmin olunmasının və cəmiyyətdə qadınların rolunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərdən bəhs edib. Nazir bu istiqamətdə ölkəmizin öz təcrübəsini bölüşməyə və NATO ilə bu sahədə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Xanım Mari Skare, öz növbəsində, ölkəmizə səfərdən məmnunluğunu bildirib və NATO-nun mühüm tərəfdaş ölkə kimi Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib. Həmçinin, Azərbaycanın qadın hüquqlarının və gender bərabərliyi sahələrində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, ölkəmizlə bu sahədə əməkdaşlığın faydalı olacağını vurğulayıb.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qadın hüquqları və gender bərabərliyi məsələlərinin daim diqqətdə saxlanılması ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti