...

İranda prezidentliyə namizədin seçkiqabağı qərargahı tərəfdarlarının həbsindən qayğılıdır

Siyasət Materials 5 İyun 2013 18:06 (UTC +04:00)
İranda prezidentliyə namizəd Həsən Ruhaninin seçkiqabağı qərargahı bu yaxınlarda Tehrandakı Camaran məscidində həbslərə görə narahatlığını bildirib.
İranda prezidentliyə namizədin seçkiqabağı qərargahı tərəfdarlarının həbsindən qayğılıdır

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.Tariverdiyeva/

İranda prezidentliyə namizəd Həsən Ruhaninin seçkiqabağı qərargahı bu yaxınlarda Tehrandakı Camaran məscidində həbslərə görə narahatlığını bildirib. Bu barədə Trend çərşənbə günü "Mehr News" agentliyinə istinadən məlumat verir.

İran polisi prezidentliyə namizəd Həsən Ruhaninin şənbə günü seçiciləri ilə keçirdiyi görüş zamanı bir neçə nəfəri həbs edib.

Məlumata görə, insanlar Mirhüseyn Musəvi və Mehdi Kərrubini dəstəkləyən inqilabi şüarlar səsləndiriblər. Hər iki namizəd 2009-cu il prezident seçkilərinin nəticələrinə etiraz ediblər və Ruhaniyə dəstək veriblər.

Ruhani Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədridir.

İranda prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti