...

Prezidentliyə namizəd İranda milli azlıqların problemlərini həll edəcəyini söz verir

Siyasət Materials 7 İyun 2013 16:46 (UTC +04:00)
İran prezidentliynə namizəd Məhəmməd Rza Arif ölkədə milli azlıqların problemlərinin həll olunması məqsədilə xüsusi təşkilat yaratmağı planlaşdırır.
Prezidentliyə namizəd İranda milli azlıqların problemlərini həll edəcəyini söz verir

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.Tanriverdiyeva/

İran prezidentliynə namizəd Məhəmməd Rza Arif ölkədə milli azlıqların problemlərinin həll olunması məqsədilə xüsusi təşkilat yaratmağı planlaşdırır. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, o bu barədə Kürdüstan vilayətinə səfəri zamanı bildirib.

Arif İran Konstitusiyasının 15-ci maddəsinə müvafiq olaraq, azlıqların həyat şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni edəcəyinə söz verib.

İran Konstitusiyasının 15-ci maddəsində bildirilir: "Rəsmi dil (İranın) ... fars dilidir ... lakin ... regional və azlıqların dillərinin mətbuat və KİV-də, o cümlədən məktəblərdə öyrədilməsinə fars dilinə əlavə olaraq icazə verilir".

Arif ölkədə hər il 1 milyon iş yeri yaradacağına söz verərək bildirib ki, işsizlik İranın əsas problemlərindən biridir.

Bundan əlavə, o bildirib ki, prezident seçiləcəyi təqdirdə, sərhədyanı vilayətlərin inkişafı onun administrasiyasının əsas prioritetlərindən biri olacaq.

İranda 11-ci prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti